Metallurgiya sənayesində 1,2 milyard manatlıq məhsul istehsal olunub
Bakı, 19 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1 milyard 224,1 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 12,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 5,4 faiz artım müşahidə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, bu dövr ərzində polad boruların istehsalı 2,2 dəfə, armaturun istehsalı 48,1 faiz, poladtökmə istehsalı isə 33,1 faiz artıb.
Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 29 min 938,8 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib
Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər