×
A
A
A
Sazlamalar

Salyan sakinlərinin qaz təsərrüfatına dair müraciətləri qeydə alınıb

Bakı, 19 noyabr, AZƏRTAC
Vətən müharibəsi iştirakçısı kimi sizdən xahiş edirəm ki, Noxudlu kəndində inşa etdiyim evimin qazlaşdırılmasında mənə köməklik edəsiniz.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri Hüseyn Salmanov “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası çərçivəsində Salyan rayonunda baş tutan görüş zamanı deyib.
“Azəriqaz”ın Salyan Regional qaz istismarı İdarəsinin rəisi Azər Musayev SOCAR rəhbərliyinin şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının müraciətlərinə hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirərək ünvanlanan müraciətin qeydiyyata alındığını vurğulayıb. Rayonun Yenikənd kənd sakini və Salyan şəhər B.Talıblı küçəsində yaşayan sakinlər fərdi yaşayış evlərinə quraşdırılan sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini xahiş ediblər.
Aksiyanın imkanlarından sakinlərlə yanaşı, sahibkarlar da yararlanıblar. Onlar istehlak etdikləri təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsi üçün əlavə vaxt verilməsini istəyiblər.
Ünvanlanan bütün müraciətlər Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb.

Regionlar 2022-11-19 14:44:00