Xətai rayonunda marketdə quraşdırılan ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb
Bakı, 19 noyabr, AZƏRTAC
Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs mağazaya daxil olaraq 309 manat məbləğində pul, mühafizə kamerasının yaddaş qurğusunu, eləcə də obyektdə quraşdırılan “E-Manat” ödəmə terminalını sındıraraq kassada olan 2700 manat pulu ələ keçirib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Xəzər Hüseynov tutulub. O, ifadəsində törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət İşi başlanılıb.
X.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO