×
A
A
A
Sazlamalar

Gəncədə Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Gəncə, 19 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Xalq artisti Rauf Abdullayevin və Mustafa Mehmandarovun dirijorluğu ilə keçirilən konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli, Azər Zeynalov, Teyyub Aslanov, solist Safura Aslanova çıxış ediblər.
Konsert proqramı tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

Regionlar 2022-11-19 07:53:00