×
A
A
A
Sazlamalar

Beyləqanda “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur” adlı tədbir keçirilib

Beyləqan, 18 noyabr, AZƏRTAC

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur” adlı ədəbi-bədii gecə keçirilib. Heydər Əliyev Mərkəzinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dərnək rəhbərləri və üzvləri, ümumtəhsil məktəblərin şagirdləri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb. Qeyd edilib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.
Sonda dərnək üzvlərinin ifasında Şuşanı vəsf edən mahnılar və vətənpərvərlik ruhunda kompazisiyalar təqdim edilib.

Regionlar 2022-11-18 21:41:00