×
A
A
A
Sazlamalar

Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət onunla bağlı araşdırmalarla əlaqədardır

Bakı, 18 noyabr, AZƏRTAC

Vətəndaş Anar Əsədlinin barəsində tətbiq olunan qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə (DİN) etdikləri şikayətdir.
Bu barədə DİN-in mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib.
Hazırda hər iki müraciətlə bağlı nazirlikdə araşdırma aparılır. A.Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.

Hadisə 2022-11-18 19:11:00