On ayda ölkəyə 60,7 min avtomobil idxal olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında Azərbaycana 829 milyon 303 min ABŞ dolları dəyərində 60 min 790 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 349-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 56 min 92-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 4084-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 265-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.
BNA mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlayıb
İyunda Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Cari ilin iki ayında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb