×
A
A
A
Sazlamalar

Qəbələdə Ulu Öndərin xatirəsinə həsr edilən futzal üzrə turnirdə 12 komanda mübarizə aparır

Qəbələ, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar futzal üzrə xatirə turniri keçirilir. Qəbələ Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 12 komanda üç qrupda mübarizə aparır.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü işləri, idman sahəsində apardığı islahatları ictimaiyyətə çatdırmaq, həmçinin futzal idman növünün kütləviliyinə nail olmaq, yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarətdir.
Turnirə Ulu Öndərin anım günü ərəfəsində yekun vurulacaq.



Regionlar 2022-11-18 18:20:00