×
A
A
A
Sazlamalar

Veteran şahmatçımız dünya çempionatında iştirak edir

Bakı, 18 noyabr, AZƏRTAC

İtaliyanın Assizi şəhərində veteran şahmatçılar arasında dünya çempionatına start verilib.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda yaşı 65-dən yuxarı olan şahmatçıların kateqoriyasında ölkəmizi veteranlar arasında Azərbaycan çempionatının qalibi Fikrət Sideifzadə təmsil edir. Üç turdan sonra Fikrət Sideifzadə və daha 10 veteran şahmatçı maksimum nəticə göstərib.
Dördüncü turda təmsilçimiz əfsanəvi gürcü şahmatçısı Nona Qaprindaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatında 51 ölkədən 352 şahmatçı iştirak edir. Turnir 11 turdan ibarətdir.

İdman 2022-11-18 15:40:00