“ADY Express” “Logitrans-2022” sərgisində təmsil olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində noyabrın 16-18-də ənənəvi “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçirilir.
“ADY Express” MMC-dən AZƏRTAC-a bildirilib ki, sərgi Avropa və Asiya arasında qitələrarası yükdaşımalar sahəsində işgüzar əlaqələrin qurulması və bu sahədə fəaliyyət göstərən şirkətləri bir araya gətirmək baxımından ən güclü platformalardan biri hesab edilir.
Yenikapı sərgi salonunda keçirilən tədbirdə Türkiyənin aparıcı təşkilat və şirkətləri ilə yanaşı, 30-a yaxın ölkədən nümayəndələr qatılıblar. Ölkələr arasında Azərbaycan, Avstriya, Belçika, Bolqarıstan, Çin, Çexiya, Misir, Estoniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Serbiya, İspaniya, Hollandiya, Türkiyə və digərləri təmsil olunur.
“Logitrans-2022”nin işində “ADY Express” MMC-nin nümayəndələri də iştirak edirlər. Keçirilən görüşlərdə, şirkət təmsilçiləri Azərbaycanın nəqliyyat-logistika imkanları, ölkəmizin ərazisindən keçən tranzit dəhlizlər və yeni layihələr haqqında məlumatlar bölüşərək, yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığa dair danışıqlar aparıblar. İkitərəfli görüşlərdə Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlarından istifadə etməklə, yüklərin nəqli məsələləri diqqət mərkəzində olub.
Qeyd edək ki, dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə keçirilən görüşlər, Azərbaycan dəmir yollarının təqdim etdiyi logistika məhsullarına yükdaşımalar bazarında böyük marağın olduğunu göstərib.
BNA mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlayıb
İyunda Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Cari ilin iki ayında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb