Enerji təchizatının keyfiyyəti ilə bağlı Türkiyənin təcrübəsi AERA ilə bölüşülüb
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) arasında 2022-ci il üzrə əməkdaşlığa dair hazırlanmış fəaliyyət planının ikinci mərhələsi üzrə növbəti görüş keçirilib.
AERA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə həssas istehlakçı qruplarının müəyyən edilməsi, enerji təchizatının keyfiyyəti və xidmət keyfiyyəti sahəsində paylayıcı sistem operatorunun məsuliyyəti ilə bağlı Türkiyə təcrübəsi AERA-nın mütəxəssisləri ilə bölüşülüb.
Görüş zamanı AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov və EPDK-nın Strateji inkişaf departamentinin Beynəlxalq əlaqələr qrupunun rəhbəri Mehmet Kürkçü təşkil olunan bu kimi təcrübə mübadilələrinin AERA və EPDK arasında əməkdaşlıq əlaqələrinin inkişafına və qabaqcıl təcrübənin daha da dərindən öyrənilməsinə töhfə verdiyini bildiriblər.
Daha sonra EPDK-nın enerji üzrə mütəxəssisi Ahmet Gök həssas istehlakçı qruplarının müəyyən edilməsi ilə bağlı təqdimatla çıxış edib.
“Xidmət keyfiyyəti sahəsində paylayıcı sistem operatorunun məsuliyyəti” mövzusunda danışan EPDK-nın enerji üzrə digər mütəxəssisi Osman Uzan isə Türkiyədə elektrikpaylayıcı şirkətlər barədə statistik məlumatları və xidmət keyfiyyətinin ölçülməsi üzrə metodları görüş iştirakçıları ilə bölüşüb.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir