×
A
A
A
Sazlamalar

“Sabah” və “Neftçi”nin futbolçuları Gürcüstan millisinin heyətində meydana çıxıblar

Bakı, 18 noyabr, AZƏRTAC

Futbol üzrə Gürcüstan millisi Birləşmiş Ərəb Əmirlikləri toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, komanda Mərakeşlə qarşılaşıb. Gürcüstan millisi dünya çempionatında iştirak edəcək Mərakeş yığmasına 0:3 hesabı ilə uduzub.
Bu oyunda Gürcüstan millisinin heyətində "Neftçi" və "Sabah"ın futbolçuları da meydana çıxıblar. “Neftçi”nin müdafiəçisi Solomon Kverkveliya əsas heyətdə oynayıb, 78-ci dəqiqədə əvəzlənib. "Sabah"ın hücumçusu Davit Volkov isə 62-ci dəqiqədə komanda yoldaşının əvəzinə meydana daxil olub.

İdman 2022-11-18 13:44:00