×
A
A
A
Sazlamalar

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Avropa birinciliyində uğurla çıxış etmiş taekvondoçularla görüş olub

Bakı, 18 noyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində uğurla çıxış etmiş balaca idmançılarla görüş keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, təşkil edilən görüşdə idarənin rəisi Raqif Abbasov, kütləvi bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, taekvondo üzrə ikiqat Avropa çempionu, “Ümid” klubunun rəhbəri və baş məşqçisi İlkin Şahbazov iştirak ediblər.
R.Abbasov balaca idmançılarımızın qazandıqları nəticələri yüksək qiymətləndirərək onlara gələcək yarışlarda uğurlar arzu edib.
Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunan “Ümid” taekvondo klubunun yetirmələri Sabir Məmmədli (27kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxıblar.

İdman 2022-11-18 13:08:00