×
A
A
A
Sazlamalar

Stolüstü tennis üzrə ölkə kuboku yarışında komanda mübarizəsi başa çatıb

Bakı, 18 noyabr, AZƏRTAC

Stolüstü tennis üzrə ölkə kuboku yarışı davam edir.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “Şüa” İdman Kompleksində keçirilən yarışda komanda mübarizəsinə yekun vurulub. Kişilərin turniri “Təhsil” RİM kollektivinin qələbəsi ilə başa çatıb. MOİK ikinci pillədə qərarlaşıb. “Sərhədçi” və “Sumqayıt” komandaları üçüncü yeri bölüşüblər.
“Sumqayıt” komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri Təhsil RİM-in yetirmələri tutublar. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü olublar.
Turnirin növbəti günlərində tennisçilər şəxsi, qoşa və qarışıq-qoşa yarışlarda güclərini sınayacaqlar.
Ölkə kuboku yarışına noyabrın 19-da yekun vurulacaq.

İdman 2022-11-18 12:03:00