Nərimanov rayonunda yaşadığı evdə gizli sex yaradaraq saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilmiş tədbir zamanı rayonda yaşayan Samir Qurbanov tutulub.
Onun evində yaratdığı gizli sexə baxış zamanı kustar üsulla hazırladığı xeyli sayda araq, tekila, həmçinin müxtəlif adlar altında qablaşdırılmış saxta spirtli içkilər, qapaqlar, texniki spirt və sair maddi sübutlar aşkarlanaraq götürülüb. Aşkarlanan saxta spirtli içkilərin ekspertizası zamanı müəyyənləşdirilib ki, həmin məhsullar istifadəyə yararsızdır.
Faktla bağlı 16-cı polis bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO