×
A
A
A
Sazlamalar

Respublikanın şəhər və rayonlarında istismar müddəti keçmiş işıqqaytarıcı elementlər yeniləri ilə əvəzlənir

Bakı, 18 noyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi respublikanın şəhər və rayonlarında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də DYP qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş idarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları mərhələli şəkildə həyata keçirilir.
Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Mingəçevir, Şəki, Tovuz, Kürdəmir, Ağdam, Sumqayıt, Şirvan, Qəbələ, Gəncə və Cəlilabadda da istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, yol-cizgi işarələrinin, silinmiş nişanlanma xətlərinin bərpası həyata keçirilir.

Hadisə 2022-11-18 11:07:00