×
A
A
A
Sazlamalar

Cüdo üzrə böyüklər arasında Sumqayıt şəhər çempionatı keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC

Sumqayıt Olimpiya İdman Kompleksində Milli Dirçəliş Gününə həsr olunan qadınlar və kişilər arasında cüdo üzrə Sumqayıt şəhər çempionatı keçirilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a bildiriblər ki, ACF və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan yarışda 14 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Qadınlar arasında Nigar Məmişova (48 kq), Fidan Tarverdiyeva (63 kq), kişilərin yarışında isə Murad Əliyev (60 kq), Kənan İsmayılov (66 kq), Xudabaxış Əliyev (73 kq), Elmir Eminov (81 kq), Taleh Şəbiyev (90 kq), Sabir İsayev (100 kq), Tağrul Salmanov (+100 kq) birinci yerləri tutublar.
Yarışın keçirilməsində əsas məqsəd cari il dekabrın 2-5-də keçiriləcək Azərbaycan çempionatına namizədlərin seçilməsidir.

İdman 2022-11-18 10:56:00