×
A
A
A
Sazlamalar

İş yoldaşını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 17-si saat 23 radələrində Lənkəran şəhərinin Füzuli küçəsində Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq davam edir.

Hadisə 2022-11-18 10:39:00