×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: “Sərhədçi” klubu üçüncü qələbəsini qazanıb

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 17-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan Basketbol Liqasında altıncı tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyununda “Sabah” və "Sərhədçi" komandaları üz-üzə gəlib. Görüşdə "Sərhədçi" klubu rəqibinə 91:84 hesabı ilə qalib gələrək çempionatda üçüncü qələbəsini qazanıb.
Matçda ən məhsuldar basketbolçular - "Sabah”dan Kristiyan Roler (18 xal, 10 ribaund), "Sərhədçi”dən isə Maksvel Starvud (23 xal, 6 ribaund) olublar.
Qeyd edək ki, turun növbəti oyunları NTD – “Gəncə”, “Zirvə Astara” – “Neftçi”, “AAAF Xırdalan” – “Olimpik Şəki” müvafiq olaraq noyabrın 19-da və 20-də keçiriləcək.

İdman 2022-11-18 00:52:00