×
A
A
A
Sazlamalar

Azərbaycanın U-21 komandası macarıstanlı həmyaşıdları ilə qarşılaşıb

Bakı, 17 noyabr, AZƏRTAC

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Macarıstan yığması ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, oyun 3:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
U-21 komandamız növbəti oyununu noyabrın 20-də isveçli yaşıdlarına qarşı keçirəcək.

İdman 2022-11-17 22:33:00