Ordumuz tərəfindən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.
Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib
Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir VİDEO
Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib
Horadiz şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib
Azərbaycan ilə Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub