Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu yaşadığı ünvanda vəfat edib
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlunun yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etməsi ilə bağlı məlumatı təsdiqləyirik.
Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a məlumat veriblər.
“Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!”, - deyə məlumatda qeyd olunub.
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub
Bakıda NATO-nun təlim kursu keçirilir