×
A
A
A
Sazlamalar

“Gəzinti futbolu” adlı sosial layihə davam edir

Bakı, 17 noyabr, AZƏRTAC

UEFA-nın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi və AFFA-nın təşkilatçılığı ilə 50 yaş üzəri ahıl şəxslər üçün “Gəzinti futbolu” adlı sosial layihə davam edir.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd yaşlı insanları aktiv və faydalı yaşlanmaya, cəmiyyətdə fəal rol oynamağa, asudə vaxtlarını səmərəli təşkil etmək və onları daimi diqqətdə olduqlarını hiss etdirməkdir.
Layihə Vladislav Ledyayev tərəfindən həftədə iki dəfə olmaqla ahıl şəxslər üçün təşkil olunur və gəzmək üzərindən futbol dərsləri, məşqlər həyata keçirilir.

İdman 2022-11-17 16:35:00