×
A
A
A
Sazlamalar

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 17 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 180,1 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 10,3 faiz, elektrik avadanlıqlarının istehsalı isə 41,4 faiz artıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,1 dəfə çox olub, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 34,7 faiz azalıb.

İKT 2022-11-17 15:47:00