×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Bakı, 17 noyabr, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Səfərəliyeva küçəsində “Land Rover” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə iki ədəd mobil telefon, içərisində 400 manat məbləğində pul və sənəd olan 3000 manat dəyərində çanta, 28 May küçəsində isə “Hyundai” markalı digər avtomobildən eyni üsulla çanta oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nəcməddin Hüseynzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Hadisə 2022-11-17 12:45:00