Masallıda qonşusunun evindən 18 min manatlıq qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Masallı rayonunun Bədəlan kəndində yerləşən evlərdən birindən 18 min manat dəyərində qızıl zinət əşyalarının və 40 manat məbləğində pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb.
Araşdırmalarla onun zərərçəkmişin qonşusu Murad Əzizov olduğu müəyyənləşdirilib.
Bundan əlavə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb.
Saxlanılan Anar Kərimov və onun narkotik vasitəni əldə etdiyi Renad Məmmədzadədən külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.
Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO