×
A
A
A
Sazlamalar

Sosial Xidmətlər Agentliyinin sədri Şəmkirdə şəhid Mətləb Zamanovun ailəsi ilə görüşüb

Bakı, 17 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 44 günlük Vətən müharibəsinin şəhidi Mətləb Zamanovun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şəmkirdə yaşayan ailə ilə söhbət zamanı Mətləbin Vətən müharibəsi günlərində göstərdiyi şücaətdən bəhs edilib.
Şəhidin ailə üzvləri, eləcə də bizlərə əmanət olan üç övladı dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub. Ailənin bundan sonra da daim dövlətin qayğısı ilə əhatə olunacağı bildirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu Mətləb Zamanov müharibədə şərəfli döyüş yolu keçib və Füzuli rayonu uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 

Sosial 2022-11-17 12:28:00