×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda qadına qarşı soyğunçuluq edilib

Bakı, 17 noyabr, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə noyabrın 15-də saat 20 radələrində Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini N.Məmmədovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə çantasını almağa cəhd göstərməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı T.İbrahimov müəyyən olunaraq saxlanılıb. Onun orta dərəcədə sərxoş olması məlum olub.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Hadisə 2022-11-17 12:13:00