İstehlaka yararsız süd məhsulları məhv edilib
Bakı, 17 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında 71 adda 12,5 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Bu il Azərbaycan və Rusiya birgə feromon tələlər istehsal edəcəklər
Regional Əlaqələndirmə Mərkəzi qəhvəyi mərmər bağacığı ilə bağlı tədbirləri davam etdirir
Dərzi və xalçaçılıq üzrə yeni peşə kurslarına başlanılıb
Pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydaları sahibkarlara izah olunub
Gəncədə ət satışı mağazasında qanunsuzluq halları aşkarlanıb