Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə yeddi nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbəsində yaşayan Anar Mamedov saxlanılıb.
Anar Mamedovun üzərində aparılmış şəxsi baxış zamanı ondan təmiz çəkisi 415 qram olan güclü təsiredici xassəyə malik heroin aşkarlanaraq götürülüb.
Bundan əlavə rayonun Hindarx qəsəbəsində və digər ərazilərində aparılan ardıcıl tədbirlər nəticəsində daha altı nəfər saxlanılıb.
Onlardan ümumi çəkisi 1 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr aşkarlanaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO