×
A
A
A
Sazlamalar

Fəhlənin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 16-da saat 15 radələrində Qaradağ rayonunun Baş Ələt qəsəbəsi ərazisində yerləşən Dartı Yarım Stansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış̧ araşdırmalarla müəyyənləşdirilib ki, Tahir Məmmədov düşərgənin mətbəx otağına su xətti çəkən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.

 

 

Hadisə 2022-11-17 10:27:00