×
A
A
A
Sazlamalar

Azərbaycan seçməsi Moldova millisi ilə oyunda fasiləyə üstün yollanıb

Bakı, 16 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisi Moldova yığması ilə beynəlxalq yoldaşlıq oyununda fasiləyə üstün yollanıb.
AZƏRTAC xəbər verir ki, birinci hissədə yığmamızın heyətində 28-ci dəqiqədə Emin Mahmudov, 42-ci dəqiqədə isə Aleksey İsayev fərqləniblər – 2:0.
Bu, komandalar arasında sayca 12-ci oyundur. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. Beş matçda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

 

İdman 2022-11-16 22:13:00