×
A
A
A
Sazlamalar

Moldova millisi ilə beynəlxalq yoldaşlıq oyununda Azərbaycan yığması hesabı açıb

Bakı, 16 noyabr, AZƏRTAC

Futbol üzrə Moldova və Azərbaycan milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda Azərbaycan millisi fərqlənib.
Kişineudakı “Zimbru” stadionunda oynanılan matçın 28-ci dəqiqəsində Emin Mahmudov yığmamızı hesabda önə keçirib – 1:0.
Bu, komandalar arasında sayca 12-ci oyundur. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. Beş matçda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

İdman 2022-11-16 21:42:00