×
A
A
A
Sazlamalar

Futbol üzrə Azərbaycan və Moldova yığmalarının start heyətləri açıqlanıb

Bakı, 16 noyabr, AZƏRTAC

Bu gün beynəlxalq yoldaşlıq oyununda Kişineuda qarşılaşacaq futbol üzrə Moldova və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Bəxtiyar Həsənəlizadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Riçard Almeyda, Ozan Can Kökçü, Aleksey İsayev və Musa Qurbanlı yer alacaqlar.
Moldova yığmasının heyətində Dmitri Çelyadnik, Oleq Ryabçuk, İqor Armaş, Artur Yonitse, Yevgeni Koçuk, Vitali Damașkan, Mixail Kaymakov, Yuri Yovu, Daniel Dumbravanu, Yoan-Kelin Revenko və Vadim Ratse meydana çıxacaqlar.
Görüş 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.
Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.
Qeyd edək ki, Kişineuda, “Zimbru” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu, iki kollektiv arasında sayca 12-ci oyun olacaq. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. Beş matçda isə qalib müəyyənləşməyib.
Xatırladaq ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

İdman 2022-11-16 20:41:00