Energetika Nazirliyində Dünya Bankı ilə görüş keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Energetika Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı Azərbaycanda enerji keçidi istiqamətində görülən işlər, xarici investisiyalar hesabına reallaşdırılan külək və günəş enerjisi layihələri və işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması barədə məlumat verilib. Azərbaycanın gələcəkdə “yaşıl enerji” ixracı imkanlarına toxunulub, bu istiqamətdə Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsinin ölkəmiz üçün əhəmiyyətindən bəhs edilib, bu layihədə Dünya Bankının iştirakı vurğulanıb.
Energetika Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər, Xəzər dənizinin Azərbaycana aid hissəsinin külək enerjisi potensialının reallaşdırılması üçün atılan addımlar müzakirə edilib.
Görüşdə, həmçinin elektrik enerjisi bazarının liberallaşdırılması, enerji səmərəliliyi, yaşıl hidrogen ixracı və digər istiqamətlərdə görülən işlər və yeni əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir