Qida sahəsində fəaliyyət göstərən 24 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkar olunub
Bakı, 16 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 15-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 49 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 22, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 11 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3565 linki vasitəsilə məlumat almaq mümkündür.
Tovuzda qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə ilə əlaqədar müzakirələr aparılıb
Yasamal rayonunda marketdə saxta spirtli içkilər aşkarlanıb
Qida sahəsində fəaliyyət göstərən 19 müəssisədə nöqsanlar aşkarlanıb
Özünüməşğulluq proqramı üzrə daha 130 nəfərə aktivlər verilib