×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 253; 2005, № 4, maddə 299; 2008, № 6, maddə 496; 2011, № 7, maddə 655; 2013, № 6, maddə 684; 2017, № 5, maddə 886, № 11, maddə 2071; 2019, № 3, maddələr 442, 448; 2021, № 2, maddə 155) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bənddə “təhsilin əyani (gündüz) və qiyabi forması” sözləri “ali təhsil proqramları” sözləri ilə əvəz edilsin.
2. 3.3-cü bəndin “e” yarımbəndindən “və elmi-pedaqoji” sözləri çıxarılsın.
3. 4.6-cı bəndin “d” yarımbəndinə “buraxılışı” sözündən sonra “, dissertantların təhkim olunması” sözləri əlavə edilsin.
4. 4.11-ci bənd üzrə:
4.1. “d” yarımbəndində “imtahanlarının” sözü “attestasiyasının” sözü ilə, “İmtahan Komissiyasının” sözləri “Attestasiya Komissiyasının, ixtisaslaşdırılmış şuraların” sözləri ilə əvəz edilsin;
4.2. “ə” yarımbəndində “müəyyən olunmuş qaydada “professor”, “dosent”, “baş elmi işçi” və başqa” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
4.3. “g” yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“g) dissertasiya mövzularını müəyyən edir, adyunktların və dissertantların fərdi iş planlarını təsdiq edir, müraciət etmiş şəxslər sırasından adyunkturaya qəbul və dissertant kimi təhkim olunma üçün namizədləri, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün namizədləri tövsiyə edir;”.

5. 5.2-ci bəndə “nizamnamələri,” sözündən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsi,” sözləri, “normativ” sözündən sonra “hüquqi” sözü əlavə edilsin.
6. 5.7-ci bənd üzrə:
6.1. birinci abzasa “nizamnamələrində,” sözündən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və” sözləri, “normativ” sözündən sonra “hüquqi” sözü əlavə edilsin;
6.2. ikinci abzasda “Respublika qanunvericiliyinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”yə və digər normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.
7. 5.13-cü bənd aşağıdakı redaksiyada verilsin:
“5.13. Akademiyada magistr dissertasiyalarının müdafiəsinin təşkili üçün ixtisaslaşdırılmış şuralar, habelə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün dissertasiya şuraları yaradılır.”.
8. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.1. Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan kursantlar, dinləyicilər, adyunktlar və dissertantlardır.”.
9. 6.2-ci bənd üzrə:
9.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Kursantlar – Akademiyada ali təhsilin bakalavriat səviyyəsində təhsil alan, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçulardır.”;
9.2. ikinci abzasa “əlavə təhsil” sözlərindən əvvəl “ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş, həmçinin” sözləri əlavə edilsin;
9.3. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Dissertantlar ─ Akademiyada müstəqil surətdə dissertasiya işini yerinə yetirən hərbi qulluqçular və mülki şəxslərdir.”.
10. 6.9-cu bənd üzrə:
10.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“Akademiyada ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul, biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin və bakalavrların əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Akademiyada adyunkturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.”;
10.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
“Abituriyentlərin Akademiyaya ali təhsilin bakalavriat səviyyəsinə kursant qismində qəbul edilməsi Akademiya rəisinin, dinləyicilərin və adyunktların qəbul edilməsi (dissertantların təhkim olunması) isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri ilə həyata keçirilir.”;
10.3. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Müddətli həqiqi hərbi xidmət keçməyən şəxslər sırasından Akademiyaya qəbul edilmiş kursantlara “əsgər” hərbi rütbəsi verilir. Akademiyaya qəbul edilən hərbi qulluqçular, qəbulla eyni vaxtda həqiqi hərbi xidmətə daxil edilən abituriyentlər, habelə bakalavrlar sırasından Akademiyaya qəbul edilənədək həqiqi hərbi xidmət keçmiş və hərbi rütbə almış hərbi vəzifəlilər üçün həmin hərbi rütbələr saxlanılır.”.
11. 6.17-ci bənd aşağıdakı redaksiyada verilsin:
“Ali təhsilin bakalavriat və magistratura səviyyələrinin təhsil proqramlarını mənimsəmiş, dövlət attestasiyasından müvəffəq qiymət almış kursantlara və dinləyicilərə müvafiq olaraq “bakalavr” ali peşə-ixtisas və “magistr” ali elmi-ixtisas dərəcələri verilir, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi ─ diplom və döş nişanı təqdim edilir.
Akademiyanın ali təhsilin bakalavriat və magistratura səviyyələrini bitirmiş, zabit hərbi rütbəsi olmayan məzunlarına Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri ilə “leytenant” ilk zabit hərbi rütbəsi verilir.”.
12. 6.18-ci bəndin birinci cümləsində “Dövlət İmtahan Komissiyasının qərarı ilə fərqlənmə diplomu alan” sözləri “Akademiyada ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirən” sözləri ilə, “daxil” sözü “qəbul” sözü ilə əvəz edilsin.
13. Aşağıdakı məzmunda 6.19-cu və 6.20-ci bəndlər əlavə edilsin:
“6.19. Adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi qulluqçulara və mülki şəxslərə elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi ─ diplom verilir.
6.20. Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil alaraq müvafiq təhsil proqramlarını mənimsəmiş və imtahanlardan müvəffəq qiymət almış hərbi qulluqçulara “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd verilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2022-ci il

Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 aprel tarixli 2813 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.Z.Şahverdiyevin Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 785-VIQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sərəncamlar 2022-11-16 18:05:00