×
A
A
A
Sazlamalar

Sumqayıt Dövlət Universiteti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Xəlilov Elmar Şirinbala oğlu
İsayev Əmirxan İsmayıl oğlu
Mahmudova Lalə Fəqail qızı
Məhərrəmova Sona Səbəddin qızı
Məmmədov Ceyhun Həsən oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2022-ci il

Sərəncamlar 2022-11-16 17:29:00