Yanvar-sentyabr ayları ərzində Azərbaycanda 45 mindən çox cütlük nikaha daxil olub
Bakı, 16 noyabr, AZƏRTAC
Yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 min 321 nikaha daxilolma və 11 min 819 boşanma halı qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5.5-dən 6-ya qədər artıb, boşanmaların sayı isə 1.7-dən 1.6-ya enib.
Doqquz ay ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1875 nəfər gələn, ölkədən isə 707 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 1168 nəfər təşkil edib.
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
Qida sahəsində fəaliyyət göstərən 11 müəssisədə nöqsanlar aşkar olunub
Məşğulluq sahəsində davamlı islahatlara yeni imkanlar açılır
Ağalı kəndinin 100 sakini aktiv məşğulluq proqramları ilə əhatə olunub