Hərbi hissələrin komanda-qərargah təlimləri keçirilir
Bakı, 16 noyabr, AZƏRTAC
Bu ilin döyüş hazırlığı planına uyğun olaraq hərbi hissələrin qərargah zabitlərinin iştirakı ilə kompüter dəstəkli komanda-qərargah təlimləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüş əməliyyatları planlarının hazırlanması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə yanaşı, onların çevik qərar qəbuletmə bacarıqlarını, eləcə də döyüşü idarəetmə qabiliyyətini artırmaqdan ibarətdir.
Təlimlərdə bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılır, qəbul olunmuş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilir.
Vətən müharibəsi, "Qisas" əməliyyatı, eləcə də Azərbaycan Ordusunun həyata keçirdiyi digər uğurlu əməliyyatlar zamanı qazanılan təcrübədən təlimlərdə geniş istifadə olunur.
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO