×
A
A
A
Sazlamalar

“Sabah” ən çox qol vurmuş futbolçusu ilə yeni müqavilə imzalayıb

Bakı, 16 noyabr, AZƏRTAC

Bakının “Sabah” futbol klubu Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, alman vingerlə mövsümün sonunda başa çatacaq müqavilə müddəti artırılıb. Yeni anlaşmanın müddəti 1+1 illikdir.
Mikels 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.

 

 

İdman 2022-11-16 16:26:00