Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il 1700-ə yaxın şəxsə iş yerlərinə göndəriş verilib
Bakı, 16 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə həm işsiz şəxslərə, həm də işəgötürənlərə dəstəyin göstərilməsi davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ilin ötən dövründə proqram üzrə 1700-ə yaxın işsiz şəxsə iş yerlərinə göndəriş verilib. Bu dövrdə proqramda iştirak üçün müraciət edən 193 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.
Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
Ümumilikdə proqramın icra edildiyi 2 il ərzində 384 işəgötürənlə əməkdaşlığa başlanılıb, 3217 işsiz şəxsə iş yerlərinə göndəriş verilib.
Konstitusiya Məhkəməsinin Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq qərar qəbul edib
Qida sahəsində fəaliyyət göstərən 20 müəssisədə nöqsanlar aşkar olunub
Azərbaycan və Monteneqro arasında əməkdaşlıq əlaqələri genişlənir
Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 79 müəssisədə nöqsanlar aşkarlanıb