Litvanın Dövlət Sosial Sığorta Fondu DSMF-nin xidmətlərin vahid mərkəzdən idarə olunması modelini öyrənməkdə maraqlıdır
Bakı, 16 noyabr, AZƏRTAC
Ölkəmizə səfərə gəlmiş Litvanın Sosial Təminat və Əmək Nazirliyi yanında Dövlət Sosial Sığorta Fondunun direktoru Julita Varanauskienenin başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olub.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov nümayəndə heyətinə Azərbaycanda son illər sosial təminat sahəsində aparılan islahatlar, sosial ödənişlərdəki ciddi artımlar, xidmətlərin elektronlaşdırılması, proaktiv təyinat mexanizmlərinin qurulması istiqamətində əldə olunan uğurlardan bəhs edib.
Sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, xidmət sahələrinin optimallaşdırılması və keyfiyyətin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Qonaqlar Dövlət Sosial Müdafiə Fondunun mərkəzi filiallarında əhaliyə göstərilən xidmətlərin vahid mərkəzdən idarə olunması modelini öyrənməkdə maraqlı olduqlarını bildiriblər.
Görüşdə Litvanın Dövlət Sosial Sığorta Fondu ilə DSMF arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
FAO: Ərzaq sistemlərinin islahatlarında nailiyyətlər müzakirə olunacaq
Qax və Balakəndə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə edilib
Litva və Xorvatiya mütəxəssisləri ilə birgə onlayn ekspert müzakirəsi aparılıb
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb