×
A
A
A
Sazlamalar

Ağırlıqqaldıranımız Ömər Cavadov Ankarada xatirə turnirində gümüş medal qazanıb

Bakı, 16 noyabr, AZƏRTAC

Ankarada üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir start götürüb.
AZƏRTAC xəbər verir ki, turnirdə daha iki idmançımız gücünü sınayıb. Bu dəfə körpücük üzərinə “Qartal” klubunun nümayəndəsi İsa Rüstəmov və “Zirvə” beynəlxalq idman klubunun üzvü Ömər Cavadov çıxıblar. Təmsilçilərimiz 73 kiloqram çəki dərəcəsində yarışıblar.
Ö.Cavadov birdən qaldırma hərəkətində 138 kiloqramı ram edib və bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırma hərəkətində 155 kiloqramı qaldıraraq bu hərəkətdə altıncı, toplam 293 kiloqram (138+155) nəticə ilə isə yekun sıralamada dördüncü yeri tutub.
İ.Rüstəmov 285 kiloqram (130+155) nəticə ilə yarışda altıncı yeri tutub.
Turnirdə 16 ölkədən 72 atlet çıxış edir.

 

 

 

İdman 2022-11-16 15:00:00