AQTA ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müvafiq qurumlarının əməkdaşları arasında görüş keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin müvafiq qurumlarının əməkdaşları arasında onlayn görüş keçirilib.
Görüşdə iştirakçılara agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq olunan yeniliklər barədə geniş məlumat verilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İƏT-ə üzv ölkələr arasında heyvan sağlamlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, dövri fəaliyyət planı, İƏT-in baytarlıq komissiyasının (ECO-VECO) nizamnaməsi və transsərhəd heyvan xəstəliklərinin epizootik vəziyyətinə dair məsələlər müzakirə edilib.
Görüş zamanı ölkəmizdə qida təhlükəsizliyi sisteminin formalaşdığı, xəstəlikdən azad zonanın yaradıldığı, ixrac potensialının artırılmasının təşviq olunduğu qeyd olunub. Eyni zamanda, İƏT-də təmsil olunan ölkələrin hazırda heyvan və heyvan mənşəli məhsulların ticarətinin aparılması üçün çox böyük potensiala malik olduğu bildirilib. Qeyd edilib ki, üzv ölkələr arasında ticarətin aparılmasına maneələrin bir hissəsi regional baytarlıq infrastrukturunun uyğun olmaması və transsərhəd heyvan xəstəliklərinə nəzarətin icrasındakı çətinliklərlə bağlıdır.
Görüşdə İƏT-in regional tədbirinin təşkilatın nüfuzunun artmasına, baytarlıq sahəsi üzrə informasiya yayımının genişlənməsinə və çoxtərəfli əlaqələrin yaxşılaşmasına müsbət təsir edəcəyi bildirilib.
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
Qida sahəsində fəaliyyət göstərən 11 müəssisədə nöqsanlar aşkar olunub
Məşğulluq sahəsində davamlı islahatlara yeni imkanlar açılır
Ağalı kəndinin 100 sakini aktiv məşğulluq proqramları ilə əhatə olunub