E-sosial.az portalının mobil tətbiqindən istifadə edənlərin sayı artmaqda davam edir
Bakı, 16 noyabr, AZƏRTAC
E-sosial.az portalının mobil tətbiqindən istifadə edənlərin sayı artmaqda davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin on ayında həmin mobil tətbiq 172 min dəfə yüklənib.
Ölkəmizdə vahid sosial reyestr olan portal vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi bildirişləri, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və sosial hüquqlarının təminatına nəzarət etmək imkanı verir.
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
Qida sahəsində fəaliyyət göstərən 11 müəssisədə nöqsanlar aşkar olunub
Məşğulluq sahəsində davamlı islahatlara yeni imkanlar açılır
Ağalı kəndinin 100 sakini aktiv məşğulluq proqramları ilə əhatə olunub