Vyanada keçirilən tədbirdə Azərbaycanda aparılan sosial islahatlara dair məlumatlar verilib
Bakı, 16 noyabr, AZƏRTAC
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Vyanada 2022-ci ilin İqtisadi və Ətraf Mühit ölçüsü üzrə təşkil etdiyi implementasiya iclası çərçivəsində “Qadınların iqtisadi sahədə iştirakı ilə bağlı ATƏT öhdəliklərinin icrası üzrə nəticələrin müzakirəsi” sessiyası keçirilib.
57 üzv ölkənin təmsil olunduğu sessiyada iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Svetlana Popova tədbirdə Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək, məşğulluq, sosial təminat sahələrində innovativ həllərin geniş tətbiqi sahəsində əldə olunan uğurlar, DOST konsepsiyası, qadınların aktiv məşğulluq proqramları ilə əhatə olunması sahəsində ölkəmizdə görülən işlər diqqətə çatdırılıb.
Azərbaycanda son illərin sosial islahatlar təcrübəsi, həmçinin əmək bazarında gender bərabərliyinə nail olunması sahəsində aparılan işlərə dair məlumatlar sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konstitusiya Məhkəməsinin Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq qərar qəbul edib
Qida sahəsində fəaliyyət göstərən 20 müəssisədə nöqsanlar aşkar olunub
Azərbaycan və Monteneqro arasında əməkdaşlıq əlaqələri genişlənir
Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 79 müəssisədə nöqsanlar aşkarlanıb