×
A
A
A
Sazlamalar

Salyan rayon sakininin evindən marixuana aşkarlanaraq götürülüb

Bakı, 16 noyabr, AZƏRTAC

Salyan rayon sakini Şəhriyar Abbasovun mənzilinə baxış zamanı oradan metamfetamin və marixuana götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı İstintaq Təcridxanasında cəza çəkən Salyan rayon sakini Şəhriyar Abbasovun mənzilinə baxış zamanı oradan 16 qrama yaxın metamfetamin və 143 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-11-16 12:14:00