×
A
A
A
Sazlamalar

Xəzər rayonunda axtarışda olan şəxsdə silah aşkarlanıb

Bakı, 16 noyabr, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan Seyran Cahangirov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “Magnum” markalı ov tüfəngi və bir ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

Hadisə 2022-11-16 12:03:00