×
A
A
A
Sazlamalar

Maştağa qəsəbəsi sakininin torpağa basdırdığı tüfəng və patronlar aşkarlanıb

Bakı, 16 noyabr, AZƏRTAC
Maştağa sakininin torpağa basdırdığı silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Baki İstintaq Təcridxanasında cəza çəkən Maştağa qəsəbə sakini Vüqar Quliyevin qəsəbə ərazisində torpağa basdırdığı nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və altı ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-11-16 11:30:00